“Real”ın formasına qarşı allergiyası var

“Real”ın formasına qarşı allergiyası var

İdman
10 Oktyabr 2019, 13:22 244
"Barselona”nın futbolçusu Jerard Pike "Real”la bağlı suala irinik cavab verib. 
 
Kaspi.az xəbər verir ki, jurnalist Pikeyə "Nə vaxtsa "Real”ın formasını geyinibsənmi” sualını  verib. O, suala belə cavab verib: 
 
"Yox, heç vaxt. Hərdən biz "Real”ın futbolçuları ilə formalarımızı dəyişirik. Ancaq mən onu heç vaxt geyinmirəm. Yəqin ki, geyinsəm, allergiya olaram”. 
 
Pike "Barsa”da 2008-ci ildən çıxış edir. Bu müddətdə 29 titul qazanıb.