Qriqori Doranın Hamleti, yoxsa onun üsyanı?
1676
22 may 2020 | 10:30
Hər şeydən əvvəl onu deməliyəm ki,
mövzunun adı bir çox suallar doğura bilər. Amma çox güman ki, bu yazının
sonlarına doğru nəinki bu suallara cavab tapmaq haqqında fikirləşəcəyik, bəlkə
də təsəvvürümüzdə tamam fərqli suallar canlanacaq? Elə isə,vaxt itirmədən keçək
əsas mətləbə.
XVI əsrdən bugünə qədər İntibah dövrünün
dahi dramaturqu Vilyam Şekspirin əsərləri əsasında bir çox tamaşalarhazırlanıb.
O cümlədən, "Hamlet" faciəsi əsasında hazırlanmış səhnə əsərləri müxtəlif
dövrlərdə bir çox rejissorların fərqli yozumları ilə qurulub. Bunlardan biri də
müasir rejissuranın yaradıcılıq dövrünə daxil olan Qriqori Doranın 2009-cu ildə
rejissoru olduğu "Hamlet" tamaşasıdır. FilmdəHamlet obrazını Devid
Tennant, Klavdini isə Patrik Stüart
canlandırır. Bu tamaşa əsasında çəkilmiş film isə, İnternet Movie Database, yəni
internetdə filmlərin məlumat bazası tərəfindən 8,2 balla qiymətləndirilib. Dram
janrında olan bu film "Hamlet" pyesi əsasında indiyədək hazırlanmışən
yaxşıfilm kimi Emmi(Emmy) və Praym-taym (PrimeTime) mükafatlarına namizəd olub.
Tamaşanın hadisələr xətti, V.Şekspirin
"Hamlet" faciəsi ilə, demək olar ki, eynidir. Rejissor bəzi sözləri ixtisar
etsə də, pyesdə mövcud olan dialoq və monoloqların əksəriyyətini olduğu kimi
saxlamışdır. Süjet xəttinin əvvəlindən sonunadək biz pyesdə mövcud olan
Fortinbrans obrazını görmürük. Səhnə əsərinin pyesdən tək fərqi bu deyil.
Orjinal pyesdən fərqli olaraq, Qriqori Doranın Hamlet tamaşasında, müasir
texnologiyalardan geniş istifadə olunub.
Pyesdə mövcud olan dövrün imkanları nəzərə
alınmasa belə,istifadə edilən tərtibat hadisələrlə uzlaşdırılıb.
Məsələ burasındadır ki,
pyesinhadisələr xəttimonarxiya dövründə cərəyan etsə də, tarixi dövrün şərti
xarakter daşıdığını görə bilirik. Çünki bəhs edilən hadisələr krallıq dövrünə
yox, məhz XX əsrdə mövcud olan imperialist qüvvələrin hegemonluğu dövrünə daha
çox uyğun gəlir.
Səhnə əsərinin yozumunda nasist forması
geyinmiş əsgərlərə istinadən ikinci dünya müharibəsində baş vermiş hadisələri
göstərmək mümkündür.
Yəni daha aydın desək, nasist
formalarının seçilmiş olması, əslində,V.Şekspirin yazdığı pyeslə nasistlərin
apardığı işğalçılıq siyasəti arasında, müəyyən mənada, tarixi uyğunluq motivləri
tapmaq mümkündür.
Məsələn, əgər biz Klavdini nasist formasında
görərkən, onun, əslində, Adolf Hitler olduğunu və diktator kimi cinayət yolu ilə
hakimiyyətə gəldiyini nəzərə alsaq, Klavdi ilə Hitler arasında paralellər apara
bilərik.
Başqa bir məsələ isə ondan ibarətdir ki, nasistlər Danimarkanı 1940-cı
ildə işğal etmişdilər. Məhz bu səbəbdən biz, nasistlərin zorla ələ keçirdiyi Danimarkanı
təsəvvür edərkən, sarayda özünü itirmiş Hamleti,çarəsiz və əsirlikdə yaşayan
sadə bir Danimarka vətəndaşı kimi yoza bilirik.
Əgər biz, tamaşanın yozumunu sırf ikinci
dünya müharibəsi zamanı baş vermiş hadisələr zinciri ilə əlaqələndirsək, Laert
obrazının Hamleti özünə düşmən hesab etməsini Almaniyanın siyasəti, yəni Klavdinin
təşəbbüsü kimi anlaya bilərik.
Ona görə ki, Fransanın özü 1940-cı ildə yarıya
qədər almanlar tərəfindən işğal olunmuşdu, digər yarısı isə Vişi şəhərini öz
paytaxtı etmiş və marşal Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti
altına keçmişdi.
Əsərin bu formada yozulması müqabilində, Almaniyanın, yəni, Klavdinin təsiri
ilə Laertin, yəni Fransanın Hamletə, yəni digər ölkələrə müharibə elan
etdiyini, lakin hər şeyi anlayandan sonra, yəni, Almaniyanın işğalından azad
olduqdan sonra, Laertin yenidən Klavdiyə, yənifransızların nasistlərəmüharibə
elan etidiyini müşahidə edə bilərik.
Ümumiyyətlə, Hamleti əhatə edən dünyada
fərqli zaman kəsimlərinə yol tapan texnologiyalar mövcuddur. Buna görə də kral əsgərlərinin
nasist formasında geyindirilməsi ilə, rejissorun tiranlığın tək monarxiya
sistemində deyil, istənilən siyasi sistemlərdə qurula biləcəyi ideyasını
qabartdığını deyə bilərik. Yəni, Qriqori Doranın yozumu, əslində, göstərir ki,
tarix dəyişsə də, bu dəyişikliklər, sadəcə, siyasi terminlərdə, geyimlərdə və
silahların fərqli olmasında təzahür edir.
Mənim diqqətimi çəkən məqamlardan biri də
rejissorun Horasio rolunu qara dərili aktyor Piter de Cesiyə həvalə etməsi idi.
V.Şekspirin "Hamlet” pyesini oxuyan hər
bir tamaşaçıya məlumdur ki, Horasionun həmin əsərdə xüsusi çəkisi yoxdur.
Hətta bir az da irəli gedərək, Horasionun, sadəcə, xəyali bir dost,
Hamletin isə dəli olduğunu fərz edə bilərik. Bəlkə rejissor Horasio rolunu
Piter de Cesiyə verməklə zəncilərin Avropa da heç bir əhəmiyyət daşımamasına, yəni
onların varlığına ehtiyacın olmamasına eyham vurub? Çünki Horasionu pyesdən
çıxarsaq belə, elə də ciddi bir dəyişiklik baş verməz.
Ümumiyyətlə, Fortinbrans obrazının səhnədə
olmadığını gördüyüm üçün belə bir qənaətə gəlirəm ki, rejissor bu tamaşada
xeyirin şər üzərində nə vaxtsa qələbə qazanacağına, yəni, hansısa bir
xilaskarın meydana çıxaraq, ictimai-siyasi ədaləti bərqərar edəcəyinə ümid bəsləmir...
Bütün bunlardan əlavə olaraq, gizli kameralarla biz sarayın, demək olar
ki, hər yerdən müşahidə edildiyinin şahidi oluruq. Zənnimcə, filmdə bu "Rec”
(Record) məsələsinin xüsusi bir mesajı var. Bəlkə, bu film sahəsində hansısa
bir şirkətinmonopoliyasına işarədir..? Bəs, Devid Tennantın üzünü həmin
kameralara tutub nifrətini ifadə etməsini başqa hansı formada izah etmək olar?
Yada belə bir sual verək, bu Hamletin üsyanı idi, yoxsa Doranın?
Mən fikirlərimi elə buradaca
yekunlaşdırıb, sizə xoş seyrlər arzu edirəm.
Cavanşir
Qasımov
Tələbə-teatrşünas