“Qızıl top”un sahibi ABŞ-da yeni prezident arzulayır

“Qızıl top”un sahibi ABŞ-da yeni prezident arzulayır

İdman
04 Dekabr 2019, 14:45 150
 Bu il "Qızıl top” mükafatını qazanmış ABŞ yığmasının futbolçusu Meqan Rapino gələcək planları barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, o, Olimpiya çempionu olmağı arzulayır. Meqan ABŞ-da prezidentin dəyişməsini də istəyir: 
 
"ABŞ yığması ilə Olimpiadada çempionu olmaq istəyirəm. Hələ tarixdə heç bir komanda dünya çempionu olduqdan sonra Olimpiadanın qalibi olmayıb. 
 
ABŞ-da yeni prezidentin olmasını da arzulayıram. İndiki prezident axmaqdır. Mən demokratların radikal namizədini müdafiə edirəm. 
 
İstəyirəm ki, indiki sistemi dəyişsin. Bu sistem ancaq varlılara işləyir. Biz əhalinin ağır sosial durumu barədə fikirləşməliyik. ABŞ əhalisinin böyük hissəsi işsizlikdən əziyyət çəkir, onların sosial müdafiəyə ehtiyacı var”.