• cümə, 26 Aprel, 17:07
  • Baku Bakı 23°C

Qərar qəbul olundu, oynayacaqlar

21.04.20 12:15 605
Qərar qəbul olundu, oynayacaqlar
Aprelin 20-də İtaliya A Seriyası Liqa Şurasının iclası keçirilib.
Kaspi.az xəbər verir ki, iclasda koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub. Qərara alınıb ki, 2019-2020 mövsümü başa çatdırılısın. Bununla bağlı Liqanın saytında yerləşdirilən məlumatda deyilir:
"İtaliya A Seriyası Liqa Şurasının iclası, İtaliya hökuməti icazə verəcəyi təqdirdə, bütün iştirakçıların sağlamlığı və təhlükəsizliyi qaydalarına uyğun olaraq 2019/2020 mövsümünü bitirmək niyyətini yekdilliklə təsdiqlədi.
Faza-2 adlandırılan idman fəaliyyətinin yenidən qurulması FİFA və UEFA-nın təlimatlarına, İtaliya Futbol Federasiyasının qərarlarına, habelə futbolçuların və bütün işçilərin müdafiəsi üçün tibbi protokollara uyğun olaraq həyata keçiriləcək”.
İtaliyada 181 insan koronavirusa yoluxub, 24 min ölüm faktı qeydə alınıb, 48 min xəstə isə sağalıb.
banner

Oxşar Xəbərlər