• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

“Puşkin+Onegin” tamaşası Bakıda

02.12.19 15:21 3251
“Puşkin+Onegin” tamaşası Bakıda
7-8 dekabr tarixlərində "Stanislavski Elektroteatrı” Bakıda ilk dəfə qastrol səfərində olacaq. Təşkilatçıların bildirdiyi məlumata görə, qonaq teatr Opera studiyasının səhnəsində iki tamaşa göstərəcək və bu iki tamaşada məşhur rus aktrisasi Elena Morozova çıxış edəcək.
Tamaşaçılara dekabr ayının 7-də saat 19.00-da, "Puşkin + Yevgeni Onegin” monotamaşası göstəriləcək. Bu tamaşada Elena Morozova "Yevgeni Onegin” əsərinin bütün qəhramanlarını canlandırır və hamısının adından danışır. Qayğısız yuxarı təbəqə qadınlar, generallar, aşiq olmuş Tatyana və baş qəhramanın özü qarşımızda sanki həqiqətən canlanır: Yelena Morozova, ən yaxşı müasir "oxuculardan” biri kimi, materialın öhdəsindən ustalıqla gəlir və tamaşaçılara Puşkini "yeni qulaqla” eşitmək şansını verir.
Növbəti gün isə - 8 dekabr saat 19.00-da Yelena Morozovanın səhnələşdirdiyi "Mən və anam haqqında” tamaşası Bakı tamaşaçılarına təqdim olunacaq. Müasir dramaturq və prozaik Yelena İsayevanın pyesi əsasında hazırlanmış tamaşada anası ilə münasibətləri haqda xatirələrini paylaşan, artıq böyümüş bir qız tərəfindən danışılan hekayədən bəhs olunur. Anası Çay Donanması Nazirliyinin kino şöbəsində işləyən qızcığaz məktəbdə oxuyur və o anası ilə müştərək həyatlarında müxtəlif, dramatik və məzəli macəralar yaşayır. Ən sevimli gəlinciyini rəfiqəsinə vermək, ədəbiyyat dərsi üçün inşa yazmaq, anasının iş yerində yatan sərxoş rejissoru tutmaq — bütün bu hadisələr qəhrəmanın yaddaşında silinməz iz buraxıb. Bir qadının xatirələri vasitəsi ilə, tamaşaçılar həm də artıq mövcud olmayan bir ölkənin daha "böyük” tarixi haqda öyrənəcəklər. Elektroteatrın səhnəsində aktrisalar Yelena Morozova və Diana Rəhimova tamaşaçılara zərif və məzəli üslubda, bizə böyüməyin bütün əsrarəngizliyindən bəhs edəcəklər.

banner

Oxşar Xəbərlər