• çərşənbə axşamı, 23 aprel, 18:34
  • Baku Bakı 20°C

Premyer Liqada 30-cu mövsümün mükafatlandırma mərasimi keçiriləcək

21.05.22 15:45 445
Premyer Liqada 30-cu mövsümün mükafatlandırma mərasimi keçiriləcək

Bu gün Premyer Liqada sayca 30-cu olan 2021-2022-ci illər üzrə mövsümün mükafatlandırma mərasimi keçiriləcək.

XXVIII turun “Qarabağ” – “Neftçi” görüşündən sonra “Azersun Arena”da təşkil ediləcək tədbirdə “Qarabağ”a çempionluq kuboku və qızıl medal, “Neftçi”yə gümüş mükafat təqdim olunacaq. Bu mövsümün üçüncüsü “Zirə” olacağı halda, kluba medal eyni gündə “Azersun Arena”da veriləcək. Bu yerin sahibi “Qəbələ” olacaqsa, mükafatlandırma qarşıdakı günlərdə keçiriləcək.

Qeyd edək ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq mərasimdə turnirin bombardirinin də mükafatlandırılması nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər