• cümə axşamı, 25 aprel, 08:00
  • Baku Bakı 14°C

Pedro Ronaldonu necə aşağılayıb?

06.04.20 12:15 625
Pedro Ronaldonu necə aşağılayıb?
2010-cu ilin 29 noyabrında keçirilən "el klasiko”nun detalları hələ də İspaniyada müzakirə olunur.
Kaspi.az xəbər verir ki, "Barselona”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda insident yaşanmışdı. Qvardiola ilə Ronaldo arasında toqquşma olmuşdu.
Əvvəlcə hadisə yerinə İnyesta özünü yetirmişdi. Daha sonra isə Dani Alves Ronaldo ilə mübahisə etmişdi. Bu vaxt ora Pedro da yaxınlaşmışdı.
Onu görən Ronaldo belə deyib: "Sən kimsən?” Pedro isə portuqal futbolçunu aşağılaycaq cavab verib: "Mən dünya çempionuyam, bəs sən kimsən?”
Pedro 2010-cu ildə İspaniya yığmasının heyətində dünya çempionluğunu qazanıb. O, 2015-ci ildə "Çelsi”yə keçib və hələ də orda çıxış edir.
banner

Oxşar Xəbərlər