AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazim Süleymanovun

Nazim Süleymanovun "5"ləri qoşalaşdırdı

İdman
17 Fevral 2020, 13:38 1931
Azərbaycan futbol tarixinin ən məşhur oyunçularından olmuş Nazim Süleymanovun bu gün yubileyidir. Milli komandamızın sabiq kapitanı, "Neftçi”nin veteran futbolçusunun 55 yaşı tamam olur.
 
1965-ci ilin 17 fevralında dünyaya gələn yarımmüdafiəçi 1983-1990-cı illər ərzində "Neftçi”nin heyətində 190 oyun keçirib, 32 qol vurub. O, 1992-1998-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda 5 qola imza atıb.
 
Süleymanov futbol tariximizin ən uğurlu legioner həyatı yaşamış oyunçusudur. 1991-96-cı illərdə Vladiqafqazın "Alaniya" komandasının formasını geyinmiş həmyerlimiz burada 5 il ərzində 142 oyun keçirib, 60 qol vurub. 1996-cı ildə "Alaniya"nın heyətində Rusiya çempionluğunu qazanıb. Karyerasını 2000-ci ildə - 35 yaşında, Soçinin "Jemçujina" komandasında bitirib.
 
Nazim Süleymanov "Xəzər-Lənkəran" (2004), "Olimpik-Şüvəlan" (2009-2011) və "Neftçi”nin baş məşqçisi (2013), həmçinin Azərbaycan milli komandasının məşqçisi (2012-2013) vəzifələrində çalışıb.