Müflis olublar, futbolçular və əməkdaşlar qovulur
İspaniyanın
"Malaqa” klubu müflis olmaq həddindədir.
Kaspi.az xəbər
verir ki, bu barədə klub saytında məlumat verilib. "Malqa” rəhbərliyi
futbolçular və əməkdaşları işdən azad etmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı
klubun yaydığı məlumatda bildirilir ki, pandemiya ilə əlaqədar yaranan maliyyə
böhranından sonra Sequndada çıxış edən "Malaqa” büdcəni yenidən tənzimləməlidir.
Bəzi futbolçular
və əməkdaşlar işdən çıxarılacaq, bəziləri ilə müqaviləyə isə müvəqqəti xitam
veriləcək. Bu o deməkdir ki, onların klubla müqavilələri dayandırılacaq və əməkhaqqı
dövlət tərəfindən ödəniləcək.
"Malaqa”
Sequndada 15-ci pillədə qərarlaşıb.