• cümə, 29 Mart, 04:49
  • Baku Bakı 7°C

MMA döyüşçümüz Tofiq Musayev “Rizin Gran Prix” turnirinin finalına yüksəlib

31.12.19 17:30 1133
MMA döyüşçümüz Tofiq Musayev “Rizin Gran Prix” turnirinin finalına yüksəlib
Dekabrın 31-də həmyerlimiz Tofiq Musayev dünyanın MMA üzrə ən nüfuzlu turnirlərindən olan "Rizin Gran Prix”də yarımfinal mərhələsində qalib gələrək finala yüksəlib.
AZƏRTACxəbər verir ki, Yaponiyada turnirin yarımfinal mərhələsi çərçivəsində amerikalı Conni Keys ilə qarşılaşan idmançımız birinci raundda rəqibinə vaxtından əvvəl qalib gəlib.
T.Musayev ölkəmizin MMA tarixində ilk azərbaycanlı idmançıdır ki, dünya miqyaslı turnirdə bu qədər irəliləyə bilib.
Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib.
banner

Oxşar Xəbərlər