• cümə axşamı, 25 aprel, 19:32
  • Baku Bakı 21°C

Kikboksinq üzrə dostluq turniri keçiriləcək

25.05.21 17:15 513
Kikboksinq üzrə dostluq turniri keçiriləcək
Mayın 26-dan 28-dək Marneuli şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında dostluq turniri keçiriləcək.
Bu barədəAZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirliyin təşəbbüsü ilə təşkil olunan turnir Gürcüstanın Müstəqilliyi Gününə və Azərbaycanın Respublika Gününə həsr olunacaq. Turnirdə Gürcüstanın 18 şəhərindən 15 çəki kateqoriyası üzrə 150 idmançı iştirak edəcək.
Turnirin açılış mərasimi mayın 26-da ilk Gürcüstan Demokratik Respublikasının, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixdə keçiriləcək. Mayın 28-də, həmçinin 28 May-Respublika Gününə həsr olunmuş konsert olacaq.
banner

Oxşar Xəbərlər