• şənbə, 27 Aprel, 03:07
  • Baku Bakı 14°C

Hər ikisi “yeni Lukaku” ilə maraqlanır

05.05.20 13:45 674
Hər ikisi “yeni Lukaku” ilə maraqlanır
"Barselona” və "Real” portuqal futbolçu Erkulan Nabiana maraq göstərir.
Kaspi.az xəbər verir ki, Erkulan vətənində "Vitoriya” klubunda çıxış edir. 16 yaşlı futbolçunu fiziki göstəricilərinə görə "yeni Lukaku” adlandırırlar.
İspaniya nəhənglərindən savayı, futbolçuya PSJ və "Monako” da ciddi maraq göstərir.
Erkulen hazırda "Vitoriya”nın gənclər komandasında çıxış edir. O, 47 qol vurub. Hücumçu Portuqaliyanın 17 yaşa qədər yığmasında da 7 oyun keçirib və 4 dəfə fərqlənib.
banner

Oxşar Xəbərlər