• cümə axşamı, 02 may, 01:55
  • Baku Bakı 15°C

Günay Məmmədzadə Katerina Laqno ilə mübarizə aparacaq

30.05.21 12:00 382
Günay Məmmədzadə Katerina Laqno ilə mübarizə aparacaq
Mayın 30-da Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin səkkizinci turunun oyunları keçiriləcək.
AZƏRTACxəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə rusiyalı şahmatçı Katerina Laqno ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.
Turun digər oyunlarında rusiyalı digər şahmatçılar Alina Kaşlinskaya qazaxıstanlı Jansaya Abdumalik, Valentina Qunina rumıniyalı İrina Bulmaqa, Ukrayna təmsilçiləri Mariya Muzıçuk gürcüstanlı Nana Dzaqnidze, Anna Muzıçuk almaniyalı Elisabet Paets, Qazaxıstanın digər təmsilçisi Dinara Saduakassova bolqarıstanlı Antoaneta Stefanova ilə görüşəcəklər.
Ötən 7 turun nəticəsinə görə, G.Məmmədzadə 4,5 xalla 3-4-cü yerləri bölüşür.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.
banner

Oxşar Xəbərlər