AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fransa millisi 1998-ci ili xatırlamağa məcbur oldu

Fransa millisi 1998-ci ili xatırlamağa məcbur oldu

İdman
10 İyun 2013, 09:40 1320
Apasport.az saytının məlumatına görə, qarşılaşma Portu-Aleqri şəhərinin “Arena de Qremio” stadionunda keçirilib.

Görüşdə Cənubi Amerika təmsilçiləri qonaqları darmadağın edib - 3:0.

Maraqlı keçən oyunun ilk hissəsində azarkeşlər qol görməyiblər. 54-cü dəqiqədə isə “Çelsi”nin futbolçusu Oskar hesabı açıb. 85-ci dəqiqədə Ernanes fərqi bir qədər də artırıb. Matçda son nöqtəni isə oyuna əlavə edilmiş son dəqiqələrdə penaltidən Lukas Moura qoyub.

Milli.Az xatırladır ki, 1998-ci ildə dünya çempionatının finalında Fransa 3:0 hesabı ilə Braziliyanı məğlub edərək çempion olmuşdu. O ildən bəri Braziliya Fransadan 3:0 hesabı ilə qisas ala bilməmişdi. Dünən 5-qat dünya çempionu ilk dəfə Fransanı 3:0 hesabı ilə məğlub etdi.