AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Çelsi“ holland futbolçunu aldı

“Çelsi“ holland futbolçunu aldı

İdman
12 İyun 2013, 10:16 1105
İngiltərənin "Çelsi" klubu Hollandiyanın "Vitess" klubunun yarımmüdafiəçisi Marko van Qinkelin keçidi haqqında prinsipial razılığa gəlib. Bu barədə Trend İngiltərənin "Telegraf" qəzetinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, "Çelsi" futbolçunun keçidinə görə "Vitess"ə təxminən 8,5 milyon avro ödəyəcək.

Keçidin rəsmiləşdirilməsi üçün London təmsilçisi 20 yaşlı oyunçu ilə müqavilənin şərtlərini razılaşdırmalıdır.

Ötən mövsüm van Qinkel Hollandiya çempionatında 33 oyunda meydana çıxıb. O, bu oyunlarda 8 qol vurub və 10 qol ötürməsi edib.