• çərşənbə axşamı, 16 aprel, 14:29
  • Baku Bakı 19°C

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

23.11.22 10:00 634
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gələcək.

Komandalar iki görüş keçirəcəklər. Yekunda qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunu ikinci sırada başa vurmuşdu. Dünya çempionatı noyabrın 25-də başa çatacaq.

banner

Oxşar Xəbərlər