• bazar, 06 Iyul, 04:50
  • Baku Bakı 24°C

Deyir ki, ayaq basdığım torpağı öpməliydilər, amma...

17.04.20 14:30 662
Deyir ki, ayaq basdığım torpağı öpməliydilər, amma...
İtaliya yığmasının sabiq futbolçusu Marko Materatsi DÇ-2006-da Zinəddin Zidanla yaşanan insident barədə danışıb.
Kaspi.az xəbər verir ki, Marko bu insidentdən sonra vətənində kəskin tənqid olunduğunu bildirib. Materatsi onu tənqid edənləri heç cür anlamadığını deyib:
"Zidanı Fransada müdafiə etdilər. Məni isə həmvətənlərim kəskin tənqid edirdilər. Bunu heç cür anlaya bilmirdim. Onları əsl italyan adlandıra bilmərəm.
DÇ-dən sonra onların tənqidləri məni ağır yaraladı. Həmin şəxslər final qarşılaşmasında hesabı necə bərabərləşdirdiyimi görmüşdülər. Onlar mənim ayaq basdığım torpağı öpməliydilər, amma əvəzində məni ittiham edirdilər”.
banner

Oxşar Xəbərlər