AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Boksçu Lorenzo Sotomayor gümüş medal qazanıb

Boksçu Lorenzo Sotomayor gümüş medal qazanıb

İdman
21 Avqust 2016, 21:33 939
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Lorenzo Sotomayor  final görüşünü keçirib.

APA-nın məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Özbəkistan təmsilçisi Fazliddin Qaybnəzərov   ilə qarşılaşıb. Bunadək bütün rəqiblərini məğlub edən Lorenzo Sotomayor  bu dəfə qələbə qazana bilməyib – 1:2.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.