• cümə, 29 Mart, 15:37
  • Baku Bakı 14°C

Bakıya gələn Formula 1 iştirakçılarının koronavirus testinin nəticəsi məlum olub

01.06.21 11:45 453
Bakıya gələn Formula 1 iştirakçılarının koronavirus testinin nəticəsi məlum olub
Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn bütün komanda üzvləri koronavirus testindən keçirilib.
Bu barədəTrend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, test verənlər arasında koronavirus aşkarlanmayıb, hər hansı təhlükəli vəziyyət yoxdur: "Komanda üzvləri Bakıya gəlməzdən 48 saat əvvəl də testdən keçiblər. Onlar 5 gündən sonra yenidən koronavirus testindən keçiriləcək".
Qeyd edilib ki, komandaların əksəriyyəti artıq Bakıdadır və bu gün qalan komandalar da Bakıya gələcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 4-6 iyunda keçiriləcək.
banner

Oxşar Xəbərlər