• cümə, 26 Aprel, 06:47
  • Baku Bakı 12°C

Bakıda AVRO-2020: Uelslə İsveçrə qarşılaşır

12.06.21 17:22 286
Bakıda AVRO-2020: Uelslə İsveçrə qarşılaşır
AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ilk oyun başlayıb.
Trend-in məlumatına görə, Bakı Olimpiya Stadionunda A qrupunda Uelslə İsveçrə qarşılaşır.
Qeyd edək ki, A qrupunun 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu bugünkü oyunla yanaşı, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək.
Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.
banner

Oxşar Xəbərlər