çərşənbə, 05 Oktyabr, 19:30

Baku Bakı 23°C

Azərbaycanın iki şahmatçısı Olimpiadada mükafatlandırılıb

icon 168 icon 11 avqust 2022 | 12:55 Azərbaycanın iki şahmatçısı Olimpiadada mükafatlandırılıb

Hindistanın Çennai şəhərində başa çatan Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə medal qazanıb.

"Report" xəbər verir ki, 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.

Kişilərin yarışında norveçli dünya çempionu Maqnus Karlsen 1-ci lövhədə yalnız bürünc medal qazanmaqla kifayətlənib.

Qeyd edək ki, kişilərin yarışında Özbəkistan, qadınların mübarizəsində isə Ukrayna Olimpiadanın qalibi olub. Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.