• cümə, 19 Aprel, 20:30
  • Baku Bakı 24°C

Azərbaycan Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb

16.08.16 17:12 1161
Azərbaycan Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb
Bu gün Rio Olimpiadasında kayak yarışlarında final yarışları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya da həlledici mərhələdə mükafatlar uğrunda mübarizə aparıb.
1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlıOlimpiya və dünya çempionu ən güclü 8 idmançı ilə birlikdə medal üçün yarışıb.
Həlledici yürüşdə onun rəqibləri qazaxıstanlı İnna Klinova, İsveç təmsilçisi Linnea Stensils, fransalı Sarah Quyot, Yeni Zelandiyadan Liza Karrinqton, polşalı Marta Valçikeviç, ispan Tereza Rivas Portela və sloveniyalı Spela Yaniç Ponomarenko olublar.
Yürüş Karrinqtonun qələbəsi ilə başa çatıb. O, 4 il öncə olduğu kimi yenə Olimpiya çempionu olub. Yeni Zelandiya təmsilçisi 200 m məsafəni yeni Olimpiya rekordu ilə qət edib – 39,864 san.
İkinci yeri 2012-ci ildə 5-ci olan Valçikeviç tutub (40,279). 4 il öncə yalnız Lizadan geri qalıb, ikinci pillədə qərarlaşan İnna bu dəfə 3-cü yerlə kifayətlənib. Kayakçımız liderdən 0,537 san geri qalıb.
Qeyd edək ki, Ukrayna yığmasının heyətində Pekin-2008-də qızıl, London-2012 də 2 gümüş və Afina-2004-də bürünc medal qazanan Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə avqustun 17-də start götürəcək.
banner

Oxşar Xəbərlər