• cümə axşamı, 18 aprel, 22:46
  • Baku Bakı 21°C

“ÇAR-NAĞIL” XIII BEYNƏLXALQ TEATR FESTİVALI

20.04.15 05:46 1109
“ÇAR-NAĞIL” XIII BEYNƏLXALQ TEATR FESTİVALI
Böyük Novqorodda 17-21 aprel tarixində XIII Beynəlxalq Teatr Festivalı baş tutacaq. Bu dəfəki festival “Çar–nağıl” adlanır. Beş gün davam edəcək festivalda dünyanın yeddi ölkəsindən on yeddi tamaşa göstətiləcək. Bu dəfəki festivalın afişasında ilk dəfə olaraq Avstriya və Finlandiyanın da adını görmək olar.
Festival özünü hər yaş həddinə uyğun teatr seyrçisi üçün ən yaxşı dramatik tamaşalar, kuklaların göstərişi, musiqi tərtibatı kimi Böyük Novqorod adlı möhtəşəm proyektdə müəyyənləşdirdi. Bu dəfəki proqramda Rusiya təkcə Novqorodun “Malı” teatrı ilə deyil, Moskva, Tümen, Petrzavodski, Böyük Novqorod teatrları də təmsil olunacaq, proqrama həmçinin İtaliya, Almaniya, Fransa, Latviya, Finlandiya və Avstriyanın teatrları daxildir.
Tamaşalar Novqorodun “Malı” teatrının, Novqorod filarmoniyasının və Dram teatrının səhnəsində oynanılacaq. Festivalda bununla yanaşı tərəfdaş kimi Yaroslav Mudrı adına Novqorod Universitetinin könüllü tələbələri pressmərkəzdə işləyəcək, həmçinin festivalda diskusiya və mühazirələrdə iştirak edəcəklər. Festival on üçüncü dəfədir ki, keçirilir və ən məşhur teatr hadisəsinə çevrilib. Tamaşalarla yanaşı “Çar-nağıl” festivalında ənənəvi master-klaslar, teatr tarixi ilə bağlı mühazirələr, diskusiyalar, müxtəlif ölkələrin teatrlarının sərgiləri, gənc tənqidçilər üçün laboratoriyalar fəaliyyət göstərəcək. Festivalın afişasında – Bibliyadan miflər və milli dastanlar, Şimal nağıllarının motivləri əsasında yazılmış və müasir müəlliflərin əsərləri yer tutur. Seçilmiş tarixçələr və mövzuların müxtəlifliyi geniş aspekdə Skandinaviya saqalarından Höteyə qədər, bir yaşdan dörd yaşa qədər uşaqlar üçün fantaziyalar və böyüklər üçün müasir rəqslərin əsasında ultramüasir miflərin yeni formaları bu dəfəki festivalın mədəni hadisə olduğunu bir daha sübut edir.
Bu il festival “Qardaşlaşmış şəhər teatrları” proyektini təqdim edir. Məsəl üçün “Çar-nağıl, şəhər teatrı” proqramında Bilefelda şəhər teatrı (Almaniya) alman dilində “Gənc Verterin iztirabları” və “Zürafə boynu”nu təqdim edəcəksə, “Cırcırama nəf”i kompaniyasının təqdimatında (Nanter şəhəri, Fransa) “Amerikada gitara” muzikli ilə çıxış edəcək. Layihənin missiyası dostluq və qardaşlıq münasibətlərinin timsalında Novqorod seyrçilərinə müxtəlif ölkələrin, şəhərlərin teatr mədəniyyətindəki müasir prosesləri göstərməkdir.
Festivalın bağlanış mərasimində gənc tənqidçilər ən parlaq tamaşanı “Özgə baxış” adlı xüsusi mükafatla qiymətləndirəcəklər.
Nigar Primova,
teatrşünas
banner

Oxşar Xəbərlər