Agenti ilə danışıqlara başladılar
"Yuventus” sabiq
futbolçusu, hazırda "Mançester Yunayted”də çıxış edən Pol Poqbanı geri
qaytarmaq istəyir.
Kaspi.az xəbər
verir ki, artıq klub rəsmiləri ilə futbolçunun agenti Mino Rayola arasında danışıqlar başlayıb. Məlumata
görə, bosniyalı Miralam Pyaniçlə fransız Adrin Rabo "Yuve”ni tərk edəcəklər.
Turin nəhəngi bu
boşluğu məhz Poqbanın sayəsində doldurmağı planlaşdırır. "Yuventus” bir ildir
ki, 27 yaşlı Poqbanın qayıtmasına maraq göstərir.
Poqba MY-yə
2016-cı ildə məhz "Yuventus”dan keçib. "Qırmızı şeytanlar” bu transferə görə
105 milyon avro ödəmişdilər.