bazar ertəsi, 04 iyul, 10:29

Baku Bakı 23°C

Aerobika gimnastikası üzrə çempionat və birincilik keçiriləcək

icon 151 icon 21 may 2022 | 15:00 Aerobika gimnastikası üzrə çempionat və birincilik keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi ilə davam etdirəcək.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” klubu, “Zirvə”, “Grasiya” idman klubları və Sumqayıt Olimpiya İdman Kompleksindən 80 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar Bakı birinciliyində balacalar, uşaqlar, yeniyetmələr və gənclər, Azərbaycan çempionatında isə yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Gimnastikasevərlər bu dəfə də ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə yarışlarda yaşanacaq həyəcanlı anlara şahidlik etmək imkanı qazanacaqlar. Yarışları izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 5 manat təşkil edir.