• cümə, 26 Aprel, 09:33
  • Baku Bakı 12°C

Ağdam Teatrı “Günahsızlar”-ın sorağında

27.02.20 15:45 3244
Ağdam Teatrı “Günahsızlar”-ın sorağında
Ağdam Dövlət Dram Teatrında Ağdamlı yazar Nadir Qədimlinin əsəri səhnələşdirilib. Belə ki, fevralın 26-da Teatrın səhnəsində "Günahsızlar” əsəri nümayiş olunub.
"Günahsızlar”-ın quruluşçu rejissoru Kərim Həsənli tamaşada xalqımızın başına gətirilən dəhşətli hadisələrə fərqli prizmadan yanaşıb və onu bu günün tamaşaçısına öz yozum tərzi ilə çatdırmağa çalışıb.
Tamaşada ermənilərin xalqımızın doğma yurd yuvalarından didərgin salması öz əksini tapıb.
Faciə janrında olan tamaşada hadisələr Qərbi Azərbaycanda cərəyan edir. Əsas mahiyyət isə İrəvan şəhərində, Zəngəzur- Dərələyəz obalarında olub bitən hadisələrdən bəhs edir. Bu də təsadüfi deyil, çünki bu bizim milli faciəmizin başlanğıcıdır. Əsərin müəllifi Nadir Qədimli həmin faciəni yaşayan insanlardandır. O, şahidi olduğu faciəni qələmə alıb və tamaşa real hadisələr əsasında səhnələşdirilib. Ağdam teatrında artıq müəllifin 3-cü pyesi tamaşaya qoyulur.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərovdur. Rolları isə
Fərqumə Yusifova(əməkdar artist), Nizami Ələkbərov, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə, Səda
İbrahimov, Afəridə Əhmədova, Elmir Hümbətov, Kərim Həsənli, Zöhrab İmamalıyev, Elşən Cavadov, Afaq Əliyeva, Elgiz Mürşüdov ifa ediblər.
banner

Oxşar Xəbərlər