• cümə axşamı, 18 aprel, 05:47
  • Baku Bakı 15°C

A seriyası yeni formatda?

03.06.20 14:30 784
A seriyası yeni formatda?
Növbəti mövsüm İtaliya çempionatı yeni formatda keçirilə bilər.
Kaspi.az xəbər verir ki, A seriyasının rəhbərliyi bununla bağlı müzakirələr aparır. Əgər yeni mövsümü sentyabrın 12-nə qədər başlamaq mümkün olmazsa, onda çempionatın formatı dəyişə bilər.
Belə ki, klublar, hər birində 10 komanda olmaqla 1 qrupda mübarizə aparacaqlar. Bundan sonra isə ən yaxşılar pley-offda qarşılaşacaqlar. Məsələ ilə bağlı İtaliya Futbol Federasiyasının rəhbəri Qabriel Qravin açıqlama verib:
"Əgər sentyabrın 12-nə qədər başlaya bilməsək, onda dəyişiklik etməli olacağıq. Reqlamentdə bir bənd var ki, bizə müxtəlif variantlardan yararlanmağa imkan verir.
Amma hazırda çalışırıq ki, çempionat standart formatda keçirilsin. Yox, alınmasa, onda qruplar və pley-off variantına üstünlük verə bilərik”.
banner

Oxşar Xəbərlər