• cümə axşamı, 18 aprel, 18:38
  • Baku Bakı 21°C

46 yaşlı FİFA nümayəndəsini əsgərliyə göndərirlər

21.06.13 10:22 1532
46 yaşlı FİFA nümayəndəsini əsgərliyə göndərirlər
Anspress xəbər verir ki, Türkiyənin “Qalatasaray” futbol klubunun keçmiş oyunçusu Kubilay Türkyılmaz həqiqi hərbi xidmətə çağırılıb. “Milliyet” qəzetinin xəbərinə görə, İsveçrədə yaşayan və ikili vətəndaşlağı olan 46 yaşlı Türkyılmaz Türkiyə rəsmi strukturları tərəfindən göndərilən çağırış məktubundan şoka düşüb. Rəsmi sənəddə keçmiş futbolçudan yaşadığı ölkədə hərbi xidməti yerinə yetirməsini sübut etməsi və ya 10 000 avro məbləğində pul ödəməsi tələb olunub.
Baş verənlər barədə yerli mətbuata açıqlama verən Kubilay Türkyılmaz əvvəlcə bunun zarafat olduğunu hesab etdiyini deyib və daha sonra bunun rəsmi çağırış sənədi olduğunu başa düşdüyünü bildirib. Veteran futbolçu Türkiyəyə gedəndə, hər hansı bir problemlə qarşılaşmamaq üçün mövzu ilə əlaqədar Berndəki Türkiyə səfirliyinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, Kubilay Türkyılmazın iyul ayında FİFA nümayəndəsi kimi Türkiyəyə səfəri gözlənilir.
banner

Oxşar Xəbərlər