3 həftədən sonra ilk görüş
Nəhayət,
"Real”ın futbolçuları 3 həftədən sonra bir-birləri ilə görüşə biliblər.
Kaspi.az
xəbər verir ki, amma bu görüş videobağlantı vasitəsilə olub. Aprelin 3-də
futbolçular üçün videokonfrans təşkil edilib.
Videokonfransı
komandanın baş məşqçisi Zinəddin Zidan təşkil edib. O, bu yolla futbolçularla əlaqə
qurmağa, onlarla təmsada olmağa çalışıb.
Zidan
belə videokonfransı mütəmadi olaraq təşkil etməyi və futbolçulara tapşırıq verməyi
planlaşdırır.