• cümə, 22 Noyabr, 01:30
  • Baku Bakı 14°C

"Avroparlamentin qətnaməsi saxtakarlıqlarla doludur"

26.10.24 00:04 1429
"Avroparlamentin qətnaməsi saxtakarlıqlarla doludur"

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi hüquqi və tarixi saxtakarlıqlarla doludur. “Report”un məlumatına görə, bunu İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs Ermondo Cirielli İtaliya mətbuatına müsahibəsində deyib.

Nazir müavini xatırladıb ki, məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal edib: “BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyət daşıyan Azərbaycan deyil". O, vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur.

E.Cirielli bəyan edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir.

 

banner

Oxşar Xəbərlər