• bazar, 13 Aprel, 23:39
  • Baku Bakı 12°C

Antalya Diplomatiya Forumu başlayıb

12.04.25 04:59 273
Antalya Diplomatiya Forumu başlayıb

Azərbaycan Prezidentinin müxtəlif səviyyəli beynəlxalq forumlara xüsusi qonaq qismində dəvət edilməsi, iştirakı artıq ənənə halını alıb. Xüsusilə 2020-ci ildə işğal faktına son qoyaraq ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən qələbə dövlətimizin beynəlxalq nüfuzunu daha da artırıb.

Aprelin 11-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış edib. O, Forumun əhəmiyyətini vurğulayıb, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini deyib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun roluna toxunub.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla, ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.

Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.

Uzaqgörən, praqmatik və ardıcıl siyasət

Qeyd edək ki, Azərbaycan Prezidentinin müxtəlif səviyyəli beynəlxalq forumlara xüsusi qonaq qismində dəvət edilməsi, iştirakı artıq ənənə halını alıb. Xüsusilə 2020-ci ildə işğal faktına son qoyaraq ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən qələbə dövlətimizin beynəlxalq nüfuzunu daha da artırıb. Bu illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan son illərdə regionda və dünyada mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərdən birinə çevrilib. Artıq Azərbaycan tək regional yox, həm də beynəlxalq miqyaslı proseslərə təsir göstərən önəmli aktor rolunu oynayır. Bunu Prezident İlham Əliyevin Antalya Forumu çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirdikdə də görmək mümkündür. Qalib dövlət olaraq ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır. 

Etibarlı tərəfdaş və təşəbbüskar dövlət

Xatırladaq ki, son bir neçə ildə Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirak edib.

Bu tədbirlərin hər biri özünün miqyası və çəkisinə görə dünyanın ən mühüm platformaları sayılır. Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumu da istisna deyil. Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. 

 

banner

Oxşar Xəbərlər