çərşənbə, 25 May, 19:25

Baku Bakı 19°C

Amerikalı jurnalist Heydər Əliyevin nadir FOTOSUNU PAYLAŞDI

icon 421 icon 10 may 2022 | 15:30 Amerikalı jurnalist Heydər Əliyevin nadir FOTOSUNU PAYLAŞDI

ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti Tomas Qoltz Heydər Əliyevin 1991-ci ildə çəkilmiş fotosunu yayımlayıb.

Oxu.Az xəbər verir ki, Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edən Amerikanın məşhur jurnalist şəxsi “Facebook” səhifəsində ulu öndər Heydər Əliyevə aid fotonu paylaşaraq bu sözləri qeyd edib:

“Azərbaycanın Naxçıvan eksklavı (Naxçıvan Muxtar Respublikası - red.), Kremldən sonrakı dövrdə Heydər Əliyevlə ilk görüş. Ad gününüz mübarək, bəy!”

Qeyd edək ki, Rusiyadan Naxçıvan Muxtar Respublikasına qayıdan və doğulub-böyüdüyü Naxçıvanın ən çətin günlərində orada fəaliyyətə başlayan, blokadada qalan məmləkətini yalnız qoymayan ulu öndər Heydər Əliyev o zaman da dünyanın diqqət mərkəzində idi. Ümummilli lider həmişə olduğu kimi zəkası ilə ozamankı media işçilərinin də diqqətini cəlb etmişdi.

1991-ci ildə Heydər Əliyevlə görüşən xarici jurnalistlərdən biri də məhz Tomas Qoltz idi. Tomas Qoltz həmin vaxt Naxçıvana gedərək ilk dəfə şəxsi təşəbbüsü ilə Heydər Əliyevlə görüşüb və bu silsilə görüşlər Heydər Əliyevin vəfatına kimi davam edib.

https://www.facebook.com/photo.php?fbid=5178328438877410&set=a.241502965893340&type=3