• şənbə, 20 Aprel, 02:11
  • Baku Bakı 15°C

Aİ Azərbaycanla tərəfdaşlığın önəmini başa düşür

30.04.22 17:00 937
Aİ Azərbaycanla tərəfdaşlığın önəmini başa düşür

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığın önəmini başa düşür.

Bunu Trend-ə Türkiyənin Kadir Has Universitetinin iqtisadiyyat, inzibati və sosial elmlər fakültəsinin beynəlxalq münasibətlər kafedrasının professoru Dimitrios Triantafillu deyib.

“Bu gün Avropa İttifaqı Azərbaycanı öz qonşusu hesab edir. Fikrimcə, Aİ Azərbaycanı öz sıralarına qəbul edə bilərdi. Amma Prezident İlham Əliyev Aİ ilə gələcək sazişin imzalanması barədə danışarkən Azərbaycan üçün daha real hədəflər qoydu”, - deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında sazişin mahiyyəti regionda sabitliyin təmin olunmasındadır, bu, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafına imkan verəcək.

“Üçsaatlıq görüş ərzində Prezident İlham Əliyev Azərbaycanın xarici siyasəti, özünün gələcəyə baxışı, eləcə də Ermənistanla sülh prosesi haqqında danışdı. Prezident İlham Əliyevin detalları anlayış bacarığını qeyd etmək istəyirəm”, - D.Triantafillu deyib.

Professor qeyd edib ki, indi sülh prosesi çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan regionun inkişafı naminə iqtisadi ittifaq yarada bilər.

“Bu, təkcə yaxın qonşu olaraq Türkiyə və Rusiya ilə deyil, həm də Aİ ölkələri ilə də enerji və nəqliyyat sahələrində əlaqələrin genişlənməsinə xidmət edə bilər. Cəmiyyətə keçmişlə gələcək arasında balans tapmaq çətin olur. Amma biz irəli baxmalıyıq. Məsələn, mən yunan akademikəm, amma Türkiyə universitetində dərs deyirəm. Bütün bunlar vaxt tələb edir, amma yekunda sülhə nail olmaq vacibdir”, - o deyib.

banner

Oxşar Xəbərlər