• cümə axşamı, 25 aprel, 19:09
  • Baku Bakı 21°C

“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək

04.07.22 16:00 560
“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək

“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.

Kaspi.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

““3+3 formatında regional əməkdaşlıq platforması üzrə iclas əvvəlcə İranda yüksək səviyyəli ekspertlər səviyyəsində, növbəti mərhələdə isə İran, Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək”, - Hüseyn Əmir-Abdullahian bildirib.

Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan bu platformada iştirak etməyəcəyini açıqlayıb. 

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda rəsmi səfərdədir.

banner

Oxşar Xəbərlər