Özil qəti qərar verdi – “Arsenal”da qalır?

Özil qəti qərar verdi – “Arsenal”da qalır?

İdman
18 Oktyabr 2019, 13:30 189
Məsut Özil "Arsenal”da qalıb-qalmayacağı barədə qəti qərar qəbul edib. 
 
Kaspi.az xəbər verir ki, bu barədə Məsut özü açıqlama verib. O, müqaviləsinin sonuna qədər Londonda qalacağını bildirib: 
 
"Mənim "Arsenal”la müqaviləm 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Həmin müddətə qədər burda qalacağam. 
 
Yeni müqavilə bağlayarkən yaxşı düşünmüşdüm. Həmin vaxt karyeramın ən önəmli qərarlarından birini  vermişdim. 
 
Hər kəsin karyerasında çətin dönəm olur. Ancaq bu amil problemlərdən qaçmağa əsas vermir. Mən "Arsenal”da minimum 2021-ci ilin yayına qədər qalacağam. 
 
Dəfələrlə demişəm, bu komandaya keçməyimdə əsas faktor Arsen Venger olub. Amma bütün hallarda mən  kareyramı klubun adı ilə bağladım. Hətta Venger gedəcəyini deyəndə də, komandada qalmağa üstünlük verdim. Məhz buna görə də, artıq 6 ildir ki, burdayam”.