AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

UEFA avrokubokların bərpası barədə mayın ortası qərar verəcək

UEFA avrokubokların bərpası barədə mayın ortası qərar verəcək

İdman
03 Aprel 2020, 10:22 498
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) təşkilatın himayəsi altında keçirilən yarışlar üzrə may ayının ortası plan hazırlayacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində "New York Times" qəzetinin jurnalisti Tarik Panja yazıb.
Onun sözlərinə görə, turnirlərdə təxirə salınan oyunların iyul və avqust aylarında keçirilməsi planlaşdırılır, oyunların ləğv edilməsi ilə bağlı qərar isə son seçim olacaq.
Qeyd edək ki, UEFA aprelin 1-i Çempionlar Liqası və Avropa Liqasının dayandırılması, iyuna nəzərdə tutulan milli yığmaların oyunlarının isə təxirə salınması barədə qərar qəbul edib.