Təbriz klubu sərt cəzalandırıldı

Təbriz klubu sərt cəzalandırıldı

İdman
15 May 2013, 14:38 905
İran Futbol Federasiyası Təbriz komandasını sərt şəkildə cəzalandırıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, İran Futbol Federasiyasının Nizam-İntizam Komitəsi güclülər dəstəsinə (ProLig) vəsiqə qazanmış “Şəhrdari” (“Bələdiyyə”) klubunu yenidən birinci diviziona düşürüb.

Buna səbəb kimi nizam-intizam qaydalarının pozulması göstərilib. Ancaq Təbriz Şəhər Bələdiyyəsi tərəfindən maliyyələşdirilən komandanın rəhbərliyi bəyanatla çıxış edərək, İran Futbol Federasiyasının bu qərarına sərt şəkildə etirazını bildirib.

Qeyd edək ki, “Traktorsazi” komandası bir neçə ildir Təbrizi İranın futbol üzrə ölkə çempionatında uğurla təmsil edir və kifayət qədər azarkeş dəstəyi var.