• çərşənbə axşamı, 16 aprel, 23:21
  • Baku Bakı 18°C

Şübhə etmir ki, 10 il əvvəl Qvardiola olsaydı…

13.09.19 15:45 624
Şübhə etmir ki, 10 il əvvəl Qvardiola olsaydı…
İngiltərə yığmasının sabiq futbolçusu Ueyn Runi "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola barədə danışıb.
Kaspi.az xəbər verir ki, Runi 10 il əvvəl İngiltərə yığmasının heyətinin çox güclü olduğunu bildirib. O, qeyd edib ki, həmin vaxt Xosep Qvardiola baş məşqçi olsaydı, İngiltərə yığması bütün titullara qazanardı:
"10 il əvvələ diqqət yetirdikdə, əminliklə demək olar ki, bizim heyət çox güclü idi. Rio Ferdinand, Con Terri, Eşli Koul, Frenk Lempard, Maykl Ouen, Stiven Cerrard, Pol Skoulz, mən, Bekhem – onlar bizim heyətdə yer alırdılar.
Əgər həmin vaxt yığmaya Xosep Qvardiola başçılıq etsəydi, biz bütün titulları qazanardıq. Buna şübhə etmirəm”.
Runi İngiltərə yığmasının tarixində ən yaxşı bombardirdir. O, yığmada keçirdiyi 120 qarşılaşmada 53 qol vurub.
banner

Oxşar Xəbərlər