“Qarabağ” belə qalib gəldi - Video

“Qarabağ” belə qalib gəldi - Video

İdman
21 Avqust 2015, 10:46 2321
UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Qarabağ” ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.

Çempionlar Liqası III təsnifat mərhələsində “Seltik”ə məğlub olaraq mübarizəni Avroliqada davam etdirməli olan ağdamlılar “Yanq Boyz”la ilk oyunda sərfəli nəticə qazana bilib.

Oyunu üstün keçirən tərəf ola ağdamlılar bir neçə cəhdi boşa verdikdən sonra ikinci hissədə nəhayət hesabı aça biliblər.

Matçın 67-ci dəqiqəsində Almeyda möhtəşəm qola imza atıb.

Qalan dəqiqələrdə daha bir neçə dəfə fərqlənmək şansı olsa da "Qarabağ" bu şanslardan istifadə edə bilməyib və matç bu hesabla da bitib.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar

“Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Almeyda, 67