• cümə, 19 Aprel, 19:29
  • Baku Bakı 24°C

Prezidenti fanatların əlindən polis qurtardı

06.09.19 15:30 770
Prezidenti fanatların əlindən polis qurtardı
"Sampdoriya”nın prezidenti Massimo Ferrero polisin köməyinə ehtiyac duymalı olub.
Kaspi.az xəbər verir ki, Ferrero Genuya restoranlarından birində nahar edirmiş. Onunla görüşmək istəyən "Sampdoriya” fanatları restoranı mühasirəyə alıblar.
Fanatlar komandanın uğursuz çıxış etməsindən qəzəbləniblər. Onlar prezidentlə görüşərək onu, klubu satmağa sövq etməyə cəhd göstəriblər.
Məsələyə polis müdaxilə etməli olub. Məhz asayiş keşikçilərinin dəstəyi nəticəsində prezidenti restorandan çıxarmaq mümkün olub.
"Sampdoriya” A seriyasının ilk 2 turunda məğlub olub.
banner

Oxşar Xəbərlər