AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Olimpiada da azarkeşlərsiz?

Olimpiada da azarkeşlərsiz?

İdman
03 Mart 2020, 12:07 471
Koronavirus bir sıra beynəlxalq yarışların keçirilməsinə ciddi təhlükə yaradıb. 
 
Kaspi.az xəbər verir ki, bu il Tokioda keçiriləcək olimpiya oyunları üçün də ciddi təhlükə var. "Daily Mail” məlumat yayıb ki, BOK olimpiadanın azarkeşlərsiz keçirilməsi variantını müzakirə edir. 
 
Beynəlxalq Olimpiya Komitəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bu yöndə danışıqlar aparır. Bu addımın epidemiyanın yayılma riskini azaldıb-azaltmayacağı araşdırılır.
 
Belə olacağı təqdirdə, telekanallar yayım hüququndan imtina edə bilərlər ki, bu da BOK-a külli miqdarda zərər vuracaq.  
 
BOK olimpiya oyunlarının təxirə salınması və ya başqa şəhərdə keçirilməsi variantlarını da müzakirə edir.