Neymarın 36 evinə həbs qərarı çıxarıldı

Neymarın 36 evinə həbs qərarı çıxarıldı

İdman
18 İyun 2019, 11:45 190
PSJ-nin və Braziliya yığmasının futbolçusu Neymar çətin günlər yaşayır. 
 
Kaspi.az xəbər verir ki, milinin oyununda zədələnən futbolçu daha bir xoş olmayan məlumatı məhkəmədə n alıb.  Braziliya məhkəməsi Neymarın 36 daşınmaz əmlakına həbs qərarı verib. 
 
Futbolçu vergiləri ödəmədiyi üçün ittiham olunur. Neymnarın San-Pauludakı 3 min kvadrat metrlik iki mənzili də həbs alıtına düşüb. Bu mənzillərin dəyərinin 10 milyon avro olduğu bildirilir. 
 
Neymar həbs qərarı çıxarılan mənzilləri sata  bilməz, amma onlardan istifadə edə bilər. Hakimiyyət məsələni bağlamaq üçün Neymardan 15,6 milyon avro tələb edir. Vəkil isə bu məbləği 2,6 milyon avroya qədər endirməyə çalışır. 
 
Neymar "Barselona”ya keçidi zamanı vergidən yayınmaqda da ittiham olunmuş və buna görə 42,5 milyon avro ödəməli olmuşdu.