• cümə, 29 Mart, 06:25
  • Baku Bakı 5°C

“Neftçi” yenə çempion oldu!

14.05.13 17:43 1575
“Neftçi” yenə çempion oldu!
“Neftçi” futbol komandası ardıcıl 3-cü mövsüm Azərbaycan çempionu olub. Lent.az-ın məlumatına görə, flaqman növbəti qızıl medalı Topaz Premyer Liqasının XXXI turunda rəsmiləşdirib.
Səfərdə “Qəbələ”nin qonağı olan “ağ-qaralar” artıq 14-cü dəqiqədə hesabı açıblar. Kapitan Rəşad Sadiqovun zərbəsi dəqiq olub. 31-ci dəqiqədə meydan sahibləri bərabərlik qolunu vurmaq üçün əlverişli imkanı qaçırıblar. Baş hakim Fariz Yusifovun təyin etdiyi penaltini Rodriges Assis dəqiq yerinə yetirə bilməyib. Fasilədən sonra Yannik Kamanan oyunun 72-cü dəqiqəsində hesabı bərabərləşdirib. Daha sonra tərəflər nə qədər səy göstərsə də, hesab dəyişməyib.
Bu nəticədən sonra xallarını 62-yə çatdıran “Neftçi” paralel keçirilən “Qarabağ” - “Bakı” matçının nəticəsindən asılı olmayaraq, çempionluğunu elan edib.
14 may
“Rəvan” (Bakı) – AZAL (Bakı) – 3:5

Qollar: Viktor İqbekoyi, 28 – öz qapısına. Miloş Adamoviç, 44. Ramazan Abbasov, 52 – Ruslan Tağızadə, 12. Viktor İqbekoyi, 31. Tagim Novruzov, 63, Junior Nildo 66, 75(p)
“Simurq” (Zaqatala) – “İnter” (Bakı) – 1:0
Qol: Zdravko Popoviç, 38 – penalti ilə
“Qəbələ” – “Neftçi” (Bakı) – 1:1
Qol: Rəşad Sadiqov, 14. Yannik Kamanan 72
“Qarabağ” (Ağdam) – “Bakı” – 3:1
Qollar: Muarrem Muarrem, 38. Vuqar Nadirov, 59 – Mario Rubio, 18. Denis İvanovs 73( öz qapısına)
13 may
“Turan” (Tovuz) – “Kəpəz” (Gəncə) – 3:5

Qollar: Asəf Qədiri, 44 – penalti ilə. Salif Ballo, 59; 87 - Pərvin Paşayev, 46; 68; 76 – penalti ilə. Bujamin Asani, 51. Vladislav Serebryakov, 83
“Sumqayıt” – “Xəzər Lənkəran” – 1:0
Qol: Ruslan Qurbanov, 14
Qırmızı vərəqə: Adrian Skarlatake, 61 (qeyri-idman hərəkəti)
banner

Oxşar Xəbərlər