“MY haqq etdiyi əzabı alır”

“MY haqq etdiyi əzabı alır”

İdman
07 Oktyabr 2019, 15:00 252
"Mançester Yunayted”ins sabiq futbolçusu, hazırda televiziyada ekspert kimi çalışan Qari Nevill komandanın hazırkı durumu ilə bağlı danışıb. 
 
Kaspi.az xəbər verir ki, Nevill klub rəhbərliyinin heyətə yeni futbolçular cəlb etməli olduğunu bildirib. O, komandanın uğursuz çıxışına görə direktorlar şurasının məsuliyyət daşıdığını vurğulayıb: 
 
"MY evdən kənarda keçirilən oyunlarda qələbə ruhuna sahib olmur. Onlar imkan verirlər ki, oyun sakit ritmdə getsin. 
 
Komandanın daxilində durum yaxşı deyil. Geriyə addım atılıb. Bu komandaya 5-6 yeni futbolçu lazımdır. Buna görə də xeyli vəsait xərcləmək lazımdır. 
 
Hər şeyə görə direktorlar şurası cavabdehlik daşıyır. Pis heyət seçimin, pis məşqçilər korpusuna, sonra da onların qovulmasına görə. MY haqq etdiyi əzabı alır”. 
 
"Mançester Yunayted” 9 xal toplayaraq turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.