• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

Müjdat Gezen: “Gülüş insanlara yaraşır”

11.12.17 14:14 14161
Müjdat Gezen: “Gülüş insanlara yaraşır”
Türkiyənin tanınmış aktyoru, rejissoru Müjdat Gezen tamaşalarda oynadığı rolları ilə türk tamaşaçılarının sevimlisinə çevrilib. Azərbaycan tamaşaçıları isə onu rol aldığı filmlərinə görə tanıyır və sevirlər. Rejissor olaraq da sevilən Müjdat Gezen rəhbərlik etdiyi böyük bir teatr komandası ilə "7 Kocalı Hürmüz” adlı musiqili tamaşasını tamaşaçılara təqdim edib. Tamaşanın rejissoru Müjdat Gezen deyir ki, insanların gülməyə haqqı var. Hazırlanan tamaşa o haqqı tamaşaçılara bəxş edir.
Böyük populyarlıq qazanan tamaşa ilə bağlı söz söhbətlər bitib tükənmək bilmir. Tamaşaçılar tamaşanın yenidən oynanılacağı günü gözləyir. Türk mediası da texnologiyaların bu qədər gündəmi zəbt etdiyi müasir bir dövrdə izləyicilərin musiqili tamaşaya olan marağını nəzər alıb, tamaşanın rejissoru və baş qəhrəmanlarından təəssüratlarını xəbər alıblar. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq onu sizə tərcümə edirik. Müjdat Gezen, İlker Ayrık və Aykut Taşkın Türkiyə mətbuatına tamaşa ilə bağlı münasibət bildiriblər. Müjdat bəyin özü tamaşada aparıcı olaraq səhnəyə çıxıb. Hürmüz obrazını Birce Aklayın canlandırdığı komanda 65 nəfərdən ibarət olub.
Jurnalist tamaşadan sonra Müjdat Gezen, İlker Ayrık və Aykut Taşkınla söhbət edib. Həmin söhbəti ixtisarla sizlərə təqdim edirik.
- Müjdat bəy, həm rejissor, həm təşkilatçı, həm də hekayəni danışan adamsınız. Çətin deyil ki?
Müjdat Gezen: Tamaşanın əvvəlində yazıçının bu əsəri necə yazmasından başlayıram. İnsanlar hesab edirlər ki, bu əsər səhnədə çox oynanılıb, lakin elə deyil. Bu əsəri 20 il bundan qabaq yenə də mən səhnələşdirmişdim. Həmin tamaşada rol alan Ercan Bostançıoğlunun 82 yaşı var. O, 82 yaşında ssenarini elə gözəl əzbərləmişdi ki... Bir gün eşitdik ki, aktyorumuz xəstələnib və əməliyyat olunub. Biz də komanda olaraq onun ziyarətinə getdik. Xəstəxanada əlində ssenarini əzbərlədiyinin şahidi oldum. Teatr belə bir şeydir. İnsana enerji verir.
- Elədir. İstərdik Hürmüzün həyat yoldaşlarından danışasınız.
Aykut Taşkın: Mən orada Hallaçı oynayıram. Hürmüzün həyat yoldaşları arasında tək saxtakar olanı odur. Digərləri saf insanlardır.
İlker Ayrık: Hürmüzün ən şanslı həyat yoldaşı mənəm (gülür). Mən Hürmüzün 6-cı həyat yoldaşıyam.
- Çox maraqlıdır, qadının iradəsinə baxın.
Müjdat Gezen: Məncə kişilər özlərini dünyanı idarə etdənlər sayırlar. Bu tamaşada biz bununla tez-tez rastlaşırıq. Zamanında ssenaristə nə üçün bütün əsərlərinin adının qadın ismi olduğunu soruşdum. Təsəvvür edin "7 Kocalı Hürmüz”, "Kocamın Nişanlısı”, "Çılgın Yenge”, "Azgın Gelin” və sair. Mənə "Övladım, bizdə kişi teatra getməz, qadın onu teatra aparır, ona görə də adlar belədir” – demişdi. Bu mənə böyük dərs olmuşdu. "7 Kocalı Hürmüz” əsərini səhnələşdirərkən ssenaridə kiçik bir dəyişiklik etdim. Sadık bəy də belə olmasını çox istəyərdi. Hürmüz bu işi pul üçün görmür. Onun həyat yoldaşları ona çox çəkdiriblər. Gözlərini itirən qadın "kişilərən intiqam alacağam” deyib. Yəni məsələni biz burada pula dayamadıq. Məsələyə feminist yanaşdıq.
İlker Ayrık: Qadınlara dəstək verilməsi, onların layiq olduğu hörməti səhnədən göstərməyə çalışması baxımından tamaşanı uğurlu hesab etmək mümkündür.
- Bu gün Türkiyənin ən tanınmış aktyorları belə deyirlər ki, müəllimimiz ilk əvvəl bizə sevməyi öyrətdi.
Müjdat Gezen: Nə xoşbəxt mənə. Təbii ki, hər işin əvvəlində sevgi dayanır. İnsan dünyadan köçərkən özü ilə heç nə aparmır. Sadəcə insanların qəlbindəki sevgini özünlə apara bilirsən. İnsanları və tələbələrimi xoşbəxt edə bilmişəmsə, demək ki, mən də xoşbəxtəm.
İlker Ayrık: Mən məktəbə 1999-cu ildə daxil oldum. Hələ də müəllimin dizinin dibində olmaq mənə qürur verir.
- Bu tamaşa sizə nə hiss etdirir?
İlker Ayrık: Türk teatrının klassik əsərlərinin birində ustadımın rejissorluğu ilə, belə bir coşqulu komanda ilə səhnəyə çıxmaq çox şərəflidir. Dərdimiz isə hər kəslə paylaşmaqdır. Tamaşaçılar mükəmməl dekorasiyanın, bol enerjili komandanın, musiqilərin, rəqslərin və tamaşanın sonuna qədər gülə biləcəkləri bir tamaşa gözləyir.
Müjdat Gezen: Gülmək insanlara çox yaraşır. Yaşadığımız dünyada yalnız insanlar gülür. İnsan da insana gülür. Bir başqa şeyə gülürsə onda insandan bir parça tapdığı üçündür. Misal üçün tutuquşu, meymun insan kimi hərəkət etdiyi üçün onlara gülürük. İnsanlara gülmək yaraşır. Bu tamaşa bu haqqı verməlidir.
- İlkər bəy, çox arıqlamısınız.
İlkər Ayrık: Tamaşadakı obrazına görə 11 kilo arıqlayıb. Səhnədə daha gözəl durmaq üçün müəllimimə arıqlayacağıma görə söz vermişdim. Bu tamaşa da vəsilə oldu.
- Müjdat bəy, sizin tələbələrinizin açdığı sənət məktəbi yandırıldığında həmin mərkəzi yandıranlara "çayın altını yandırsaydınız söhbət edərdik” kimi mesajlar ötürmüşdünüz. Bu insanlara necə bir mesaj idi?
- Həmin ərəfələrdə məni çox duyğulandıran hadisələr oldu. Fənərbağçalı və Beşiktaşlı fanatlar birlikdə məni dəstəyə gəldilər. Xalqın sevgisi möhtəşəm idi. Türk toplumunun ən çox lazım olduğu şey birləşməkdir. Həssas dönəmlərdə isə xüsusilə.
- Demək istəyirsiniz ki, insanları teatr birləşdirir?
- Əlbəttə, sənət insanları özünə çəkir.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər