• cümə, 26 Aprel, 13:40
  • Baku Bakı 23°C

Milli Teatr Gününə hazırlıq işləri başlayıb

16.02.15 07:41 991
Milli Teatr Gününə hazırlıq işləri başlayıb
Azərbaycan Teatr Xadimləri İttifaqı 10 mart - Milli Teatr Gününə hazırlaşır. "Report" xəbər verir ki, bu münasibətlə ittifaq rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Tədbirlər Planı hazırlayıb. Həmin gün Teatr Xadimləri İttifaqının rəhbərliyi Fəxri Xiyabanı vı Şəhidlər Xiyabanını ziyarət edəcək. Habelə, teatrla bağlı müxtəlif tədbirlər, tamaşalar keçiriləcək. Bundan əlavə, Teatr Xadimləri İttifaqı görkəmli balerina Qəmər Almazzadənin 100 illik yubileyi münasibətilə tədbir də keçirəcək. Yubiley tədbiri martın sonu, aprelin əvvəlində olacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı. 1939-40-cı illər. A.Seyidzadə. “Ayaz”. Rejissor- M. R. Həşimov, rəssam- Ə. Həsənov.
banner

Oxşar Xəbərlər