• şənbə, 20 Aprel, 11:01
  • Baku Bakı 14°C

İtaliya klubuna bu mövsüm üçüncü dəfə baş məşqçi təyin olunub

27.01.17 10:40 1039
İtaliya klubuna bu mövsüm üçüncü dəfə baş məşqçi təyin olunub
İtaliyanın "Palermo" futbol komandasına yeni baş məşqçi təyin olunub.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Dieqo Lopesdir. Uruqvaylı mütəxəssislə 2018-ci ilin iyununadək müqavilə bağlanılıb. Lopes komandada bu mövsüm dördüncü baş məşqçi olub. O, A Seriyasının XXI turunda "İnter"ə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra istefaya göndərilmiş Eucenio Korinini əvəzləyib. Öz növbəsində Korini 2016-cı il noyabrın 30-da Roberto de Tserbini, Tserbi isə bundan 7 həftə əvvəl Davide Ballardinini əvəzləmişdi.
Qeyd edək ki, "Palermo" A Seriyasında 21 turdan sonra 10 xalla 19-cu pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər