İRƏVAN TEATRI – 135
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrının 135-ci mövsümündə Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru İftixar Piriyevlə
yeni tamaşanın hazırlığı ərəfəsində görüşüb söhbətləşirik.
- Xoş
gördük, İftixar müəllim. Gərgin işinizdən görünür ki, teatrsevərləri maraqlı
tamaşa ilə görüş gözləyir. Həyatını
teatra həsr etmiş yaradıcı insan üçün teatr nədir?
Mən bunu bir neçə dəfə söyləmişəm: teatr elə bir məkandır ki, bu sənətə gələn hər
bir insan anlamalıdır ki, bura yalnız və yalnız mənəvi qida bazası, цzьnь
ruhsal ifadə meydanэdэr. Bu yer - belə
bir müstəvi həm sənət adamları, həm də tamaşaçı kütləsi üçün ən mötəbər və müqəddəs
bir məkandır. Teatr sənəti mənim əbədi
və əzəli sevgimdir.
- Milli
Dram Teatrında uzun illər aktyor kimi fəaliyyətinizdən sonra taleyinizə Tiflis
Azərbaycan Teatrının bərpa prosesinə rəhbərliyi dövrü yazıldı...
1997-ci ildə Ulu Öndər Heydər Əliyevin milli-mədəni
dəyərlərimizə xüsusi qayğısının təzahürü nəticəsində, vaxtı ilə qapadılmış və qədim
tarixi keçmişə malik olan Tiflis Azərbaycan Teatrının bərpası ilə bağlı
Gürcüstan Respublikasının eks-prezidenti, mərhum Eduard Şevardnadze sərəncam imzaladı.
Teatrın bərpasının sürətləndirilməsi məqsədi ilə Azərbaycan tərəfi olaraq öz
töhfəmizi vermək üçün ümummilli liderimizin tapşırığı ilə Azərbaycan Mədəniyyət
Nazirliyi məni 1998-ci ildə, 2 il müddətinə Tiflisə, teatrın bərpa rəhbəri
olaraq ezam etdi.
Tiflis Teatrэnэn bərpa
prosesinə kцmək məqsədi ilə Azərbaycan tərəfinin qoюulmasэ fikri ulu цndərimiz Heydər Əliyevin xьsusi tapюэrэрэna əsasən
aparэlan, зox strateji məna kəsb edən bir gediю idi ki, məhz bunun nəticəsində
həmin sənət ocaрэ цz həqiqətinə qovuюa
bildi və bu gün böyük əzmkarlıqla fəaliyyət göstərən bu sənət ocağı ulu öndərin
adını daşıyır.
- İrəvan
Teatrına rəhbər təyin olunmanız hansı zərurətdən yarandı və bu teatr sizin üçün
hansı mənanı ifadə edir?
Ölməz Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət
Azərbaycan Dram Teatrı öz işgüzar kollektivi, geniş tamaşaçı auditoriyası və dəyərli
sənət xadimləri ilə mənim həyatımın çox qiymətli anlarını özündə birləşdirir.
Tiflis
Teatrının bərpa prosesindəki fəaliyyətimizin nəticəsi olaraq, missiyamızı
yekunlaşdırdıqdan sonra, Bakıya dönərkən yeni quruculuq işlərinə ehtiyac olduğu
üçün İrəvan Teatrına rəhbər təyin olundum. Bu teatr təkcə sənət məkanı deyil, həm
də zamanın tələblərinə uyğun, öz İrəvanı, irəvançılığı üçün mübarizə aparan,
Ermənistan adlanan dövlətə bədii kredosu ilə birbaşa meydan oxuyan, öz ədəbi-bədii
səngərində döyüşən bir sənət ocağıdır.
Эrəvan Teatrэnэn istər Qərbi Azərbaycandakэ – Эrəvan
юəhərindəki yaradэcэlэq dцvrь, istərsə də deportasiyadakэ fəaliyyət prosesi həmiюə
Heydər Əliyevin qayрэlarэ altэnda olmuюdur. 2000-ci ildən bu gьnə qədər Эrəvan
Teatrэnda yaranmэю dцnью, dinamik inkiюaf, əldə olunan uрurlar teatrэn yeni
inkiюaf mərhələsinə зatmasэ və nьfuz dairəsinin geniюlənməsi mənim də həyatэmda
əhəmiyyətli bir faktora зevrildi. Fəaliyyətimizin dəyəri 125 illik yubileyimizə
qədərki (2007) bir zaman kəsiyində ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə
qovuşa bildi. Həmin ərəfədə, yarandığı gündən etibarən heç vaxt binası olmayan
teatrımız hökumətimiz tərəfindən layiqli bina ilə təmin olundu. Mədəniyyət və
Turizm Nazirliyinin xüsusi qayğısı ilə dəfələrlə xarici ölkələrdə teatr sənətimizi
uğurla nümayiş etdirmək nəsibimiz oldu. Böyük layihələr həyata keçirdik və bu
gün də bu ənənələr davam etdirilir.
- Siz öz enerjinizi dramaturgiya, tənqid, elmi-tədqiqat
sahələrinə də yönəldirsiniz. Ciddi elmi araşdırmalarınızın nəticəsi olaraq sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsini almısınız. Amma bütün bunlarla yanaşı əzəli
peşəniz olan aktyorluğa eşqiniz heç zaman sönmür. Azərbaycan teatr səhnəsində
Ümummilli lider Heydər Əliyevin bədii obrazını oynamaq hər bir aktyor üçün
böyük şərəfdir.
İrəvan Teatrı 2009-cu ildə, ulu
öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş, yazıçı-dramaturq Aqşin
Babayevin "Xilaskar” əsərinin tamaşasını hazırladı. Tamaşada Ümummilli
liderimiz Heydər Əliyevin bədii
obrazэnэ yaratmaq mənə qismət oldu; mən dahi rəhbərin portret cizgilərindən daha зox onun zəngin daxili aləmini əks etdirməyə
çalışırdım. O dцvrdə Mədəniyyət və Turizm Nazirliyinin
xüsusi layihəsi qismində Gürcüstan Respublikasında yaşayan soydaşlarımıza mənəvi
dayaq anlamında, təmənnasız olaraq xidmət göstərmək üçün İrəvan Teatrı Gürcüstan
Respublikasına ezam olundu. Ş.Rustaveli adına teatrın səhnəsini İrəvan
teatrının kollektivi "Xilaskar”la fəth etdi. Ümummilli liderimizin dostu, mərhum
Eduard Şevardnadze dəvətimi qəbul edərək tamaşaya təşrif gətirmişdi. Dünya miqyaslı siyasətçi cənab Eduard
Şevardnadzenin səhnə arxasına keçərək,
kollektivimizi şəxsən təbrik etməsi, xatirə şəkli çəkdirməsi ayrı bir mənzərə
idi.
2013-cü ildə müəllifi olduğum, Heydər Əliyevin
ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən "Qurtuluş
dastanı” və 2014-cü ildə yenə İrəvan Teatrının quruluşunda görkəmli
ədib Hidayətin "Burdan min atlэ keзdi” dramэnda da tale belə gətirdi ki, mənə Ulu
цndərimizin bədii obrazэnэ yaratmaq qismət oldu.
Dəfələrlə
bölgələrimizdə xüsusi dəvətlərə əsasən oynadığımız, ümummilli liderimizin
xilaskarlıq missiyasını və milli ruhun oyanma məfkurəsini ehtiva edən bu
tamaşalar bizə Heydər Əliyevə xalq sevgisinin, xalq məhəbbətinin canlı mənzərəsini
gözlərimizlə görməyi nəsib edibdir! İrəvan Teatrının kollektivi üçün bundan
böyük mükafat yoxdur!
- Siz müstəqillik tariximizə həsr
olunmuş bir neçə bədii əsərin də müəllifisiniz.
Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən
"Böyük Turanın Himni”, 9 dilə tərcümə olunmuş "Müstəqil Vətənin Memarı”, "Nurlu
ömrün anları” poemalarını, bir sıra vətənpərvər ruhlu digər səhnə əsərlərini -
"Azərbaycan bayrağı”, "Qalx ayağa, Azərbaycan!”, "Soyqırımı tarixinin dastanı” mənzum,
xronikal-tarixi dramlarını yazmısınız. Ulu Öndərin 90 illik yubuleyi
münasibətilə onun əziz xatirəsinə ithaf edərək yazdığınız və tamaşaya
hazırladığınız "Qurtuluş dastanı”,
"Qurtuluş” pyesləri, Möhtərəm cənab
prezidentimiz İlham Əliyevin quruculuq işlərinə həsr olunmuş, İrəvan teatrının
səhnəsində tamaşaya hazırladığınız "İşıqlı, nurlu sabah”
kimi monumental əsərləriniz
dramaturgiya və teatr tariximizdə layiqli yer tutmuşdur. Hətta
bildiyimizə görə "Qurtuluş dastanı”
Naxçıvan teatrının səhnəsində də tamaşaya qoyulmuşdur.
Bir
il bundan əvvəl baş vermiş bu tarixi hadisə həyatımın ən işıqlı və ən parlaq səhifəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı ilə səhnə təcəssümü
tapan, müəllifi olduğum "Qurtuluş dastanı” əsərinin Naxçıvan tamaşaçıları tərəfindən böyük sevgi
ilə qarşılanması unudulmaz xatirə kimi hafizəmdə yaşayacaqdır. Bütün məsələlərə
ulu öndər Heydər Əliyevin daxili dünyasından və onun nəzər nöqtəsindən baxan və
mühüm qərarlar qəbul edən möhtərəm Vasif
Talıbovun "Tarix ədəbi əsərlərdə daha yaxşı yaşayır. Sənədlər arxivlərdə,
bədii əsərlər isə oxucuların və tamaşaçıların gözü önündə olur. Bu əsər və
tamaşa bədii cəhətdən çox mükəmməldir...” - deyərək tamaşaya verdiyi qiymət,
söylədiyi yüksək dəyərli fikirlər müəllif olaraq mənim üçün və Naxçıvan
teatrının tamaşada zəhməti olan yaradıcı heyətin hər biri üçün qürur hissi
doğuran ən ali miqyaslı dəyər oldu.
- Bəs İrəvan teatrının repertuarı hansı prinsiplərə
uyğun qurulur?
Bu günün reallıqları çərçivəsində. 2016-cı il
multikulturalizm ili olduğundan üç müxtəlif mədəniyyətləri – azərbaycan, rus və
yəhudi mədəniyyətlərini bir məkanda cəmləşdirərək "O da aşiq olub yaza dünyada”
adlı layihə çərçivəsində A.P.Çexovun
"Ayı”, Elçinin "O da aşiq ola...” və yəhudi dramaturqu Boris İoseleviçin "Yellənçəkdə
iki nəfər” pyeslərini üç müxtəlif mədəniyyətlərin
ortaq səhnə təcəssümü olan tamaşa halında gənc rejissor Nicat Qəribin
quruluşunda təqdim edəcəyik. Nicat Qəribin quruluşunda daha bir yəhudi
dramaturqunun, Yozef Bar-Yozefin "Qəliz adamlar” əsərinin də premyerası bu günlərdə
həyata keçiriləcəkdir. İllik repertuar planımıza Mədəniyyət və Turizm
Nazirliyinin təsdiq etdiyi Nazim Hikmətin
"Bayramın birinci günü” əsəri də daxil edilib. Plana əlavə olaraq, böyük türk
şairi Nazim Hikmətin həyatından bəhs edən "Ceviz ağacı” əsəri də hazırlanır.
Tanınmış yazıçı-dramaturq Aqşin Babayevin 80 illik yubileyi münasibəti ilə
hazırlanan bu əsərə görkəmli rejissor
Ramiz Həsənoğlu quruluş verəcəkdir. Rejissor tərəfindən aldığım təklifə əsasən,
inanıram ki, Nazim Hikmət obrazı üzərində yaradıcılıq işi aparmaq, aktyor
taleyimdə mənim üçün yeni bir proses olacaqdır.
- Təəssüf
edirəm ki, bu qədər geniş fəaliyyəti olan sənət ocağı hələ də təmirsiz binada qərarlaşıb.
Təəssüf etməyə dəyməz. Söhbətimizin əvvəlində
dediyim kimi, respublikanın
bütün teatrları kimi İrəvan teatrı da dövlətimizin diqqəti və qayğısı ilə əhatələnmişdir.
Odur ki, teatrımızın 135-ci yubiley ilində təmir işlərinə başlanılacağına böyük ümid
hissi ilə yanaşırıq. Çünki sağlam kollektiv yaratmaq üçün böyük əhəmiyyət
daşıyan amillərdən biri də normal iş şəraitinin olmasıdır.
Bu
gün biz, hal-hazırkı kollektivin üzvləri, dövlətimizin qayğısı ilə əldə olunan
nailiyyətlərin daha geniş vüsət alması
istiqamətində fəaliyyətimizi gecəli-gündüzlü, əzmlə davam etdirməyin təkcə vəzifə
borcumuz deyil, həm də bir milli mənafe
və vətəndaşlıq görəvimiz olduğunu bütün varlığımızla dərk edirik.
- Sizə və əzmkar kollektivinizə uğurlu fəaliyyətinizə
görə təşəkkürümüzü bildirir və yeni tamaşalarınızı gözləyirik.
Təşəkkür
edirəm!
sənətşünas Nərminə Ağayeva