• cümə, 19 Aprel, 13:20
  • Baku Bakı 25°C

Hafiz Məmmədov yeni klub aldı

10.06.14 17:01 1829
Hafiz Məmmədov yeni klub aldı
Ekstravaqant azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Hafka” kimi tanınan Hafiz Məmmədov ötən bazar günü axşam Londonda 50 milyon avroluq sövdələşməni başa çatdırıb
Virtualaz.org saytı xəbər verir ki, Fransanın nüfuzlu “L`Equipe” jurnalı H.Məmmədovun Avropa futboluna ekspansiyasını davam etdirdiyini yazıb.
Jurnal iyunun 8-də axşam Londonda İngiltərənin ikinci liqada oynayan “Sheffield Wednesday” futbol klubunun səhmlərinin 100 faizinin alınmasına dair klubun sahibi, serb əsilli biznesmen Milan Mandariçlə sövdələşməni başa çatdırdığını xəbər verib.
Nəşrin yazdığına görə, M.Mandariç klubun səhmlərinin hamısını azərbaycanlı oliqarxa 50 milyon avroya yaxın məbləğə satmağa razılaşıb. Sövdələşməyə əsasən, Milan Mandariç klubun prezidenti kimi qalacaq.
Lakin klubun baş məşqçisi Devid Ginolanın postunu itirəcəyi, H.Məmmədovun onun yerinə Kris Ueddli gətirmək fikrində olduğu bildirilir.
Bundan əvvəl Fransanın “Lans” klubunu 20 milyon avroya alan və İspaniyanın “Atletiko” klubu ilə on milyonlarla avroluq sponsor sövdələşməsinə malik olan “Hafka”nın İngiltərədə futbol klubu almaq üçün danışıqlar apardığı barədə xəbər bir neçə gün əvvəl yayılmışdı.
Fransa mediası yazıb ki, “Hafka” “Lans” klubundan fərqli olaraq ingilis klubuna daha çox pul yatırmalı olacaq. Çünki Britaniya futbolunda hətta II liqada oynayan klub da böyük investisiya tələb edir.
Bu baxımdan “Sheffield Wednesday” klubunu 50 milyon avroya alan “Hafka” klubu dirçəltmək üçün “Lans”a verdiyindən dəfələrlə çox pul verməlidir.
banner

Oxşar Xəbərlər