• çərşənbə axşamı, 19 mart, 06:56
  • Baku Bakı 8°C

Futbolçular narazıdır, prezident impuls verəcək vasitə axtarır

23.09.19 14:52 569
Futbolçular narazıdır, prezident impuls verəcək vasitə axtarır
"Barselona”nın düşərgəsində gərgin ab-hava var.
Kaspi.az xəbər verir ki, "Qranada”ya məğlubiyyətdən (0:2) sonra futbolçular komandanı n baş məşqçisi Valverdeni günahlandırıblar. Valverde mətbuat konfransında məğlubiyyətə görə özünün günahkar olduğunu bildirdiyi vaxt, "Barsa”nın paltardəyişmə otağında səfər oyunlarındakı uğursuzluq müzakirə olunub.
Futbolçuların müzakirəsi zamanı bu qənaət formalaşıb: "Nəsə qəribə hal yaşanır. Komanda intensivliyi itirib və heç nə yarada bilmir”.
Məlumata görə, futbolçular baş məşqçiyə etibarı itiriblər. Klub prezidenti Bartomeu isə belə məqamda komandaya impuls verəcək addım atmağa hazırlaşır. Onun, Valverdeni istefaya göndərə biləcəyi də istisna edilmir.
banner

Oxşar Xəbərlər